51 yaşlı kişi 12 il boyunca qadınları… ŞOK


Digərləri 29 Avq 2018 23:29:00 224 0

51 yaşlı kişi 12 il boyunca qadınları…  ŞOK

Londonda Conson adlı 51 yaşlı yerli sakini vuayerizmdə (soyunub-geyinən, cinsi əlaqədə olan, öpüşən insanları gizli seyr etməkdən, güdməkdən həzz almaq -red.) ittiham edilir.

Son.az xəbər verir ki, "The Sun" nəşrinin yazdığına görə, iki uşaq atası son 12 il boyunca yerli üzmə kompleksinin soyunub-geyinmə otağında qadınlara baxırdı.

Nəşr qeyd edir ki, britaniyalının qurbanları arasında həmçinin azyaşlı məktəbli qızlar da var. Hadisə videokameralara baxan təhlükəsizlik xidmətinin əməkdaşlarının Consonun qəribə davranışını qeydə alması ilə üzə çıxıb. Aydın olub ki, kişi idman kompleksinin ziyarətçilərini güdmək üçün ictimai soyunub-geyinmə otaqlarında deşiklər açıb.