Alman siyasətçiləri Xemnits hadisələrini demokratiya üçün təhlükə adlandırıblar FOTO


Dünya 29 Avq 2018 23:18:00 219 0

Alman siyasətçiləri Xemnits hadisələrini demokratiya üçün təhlükə adlandırıblar  FOTO

Alman siyasətçilər ölkənin şərqində, Saksoniya əyalətinin Xemnits şəhərində solçu və sağçı radikalların iştirakı ilə baş verən toqquşmalar fonunda demokratik dəyərləri müdafiə etməyə çağıraraq zorakılığı pisləyiblər.

AZƏRTAC AFR Kansleri Angela Merkelə istinadla xəbər verir ki, bu şəhərdə sağçı ekstremistlər və neonasistlər əcnəbi vətəndaşlara qarşı məqsədyönlü şəkildə təhrikçilik kampaniyası keçirir.

Alman hökumətinin başçısı vurğulayıb: "Bizdə olan videoyazılar onu göstərir ki, burada təhrikçi qüvvələr fəaliyyət göstərib. İnsanlar məxsusi olaraq qanunazidd hərəkətlər törətmək üçün ictimai yerlərdə toplaşıb, nifrət hissi yayan çağırışlar səslənib". Merkel daha sonra deyib: "Bir daha təsdiq edə bilərəm ki, bütün bunların bizim hüquqi dövlətlə heç bir əlaqəsi yoxdur".

AFR Prezidenti Frank-Valter Ştaynmayer Xemnitsdə qətlə yetirilmiş kişinin yaxınlarına başsağlığı verib. O qeyd edib ki, bu kədərli hadisədən sonra təqsirkarları özbaşına cəzalandırmaq məqsədilə küçələrə çıxan sakinlər əcnəbilərə qarşı zorakılıq və nifrət təbliğ edirlər.

Dövlət başçısı bildirib ki, zorakılıq, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, yolverilməzdir. O qeyd edib ki, vətəndaşlar öz hüquq-mühafizə orqanlarına inanmalı, bilməlidirlər ki, "polis və ədliyyə orqanları qətiyyətli hərəkət edəcək, qanunun pozulmasına imkan verməyəcəklər".

AFR xarici işlər naziri Hayko Mas Xemnits hadisələrini şərh edərək deyib: "Sağçı ekstremizm əcnəbi şəxslər üçün təhlükə olmaqla bərabər, həm də bizim cəmiyyətin sıx birləşməsinə təhdid mənbəyidir". Mas vurğulayıb: "Biz təkcə Xemnitsdə deyil, Yer kürəsinin istənilən nöqtəsində insan ləyaqətini, demokratiyanı və azadlığı qorumaq üçün əlimizdən gələni etməliyik".

Hayko Mas Berlində irlandiyalı həmkarı Saymon Kouveni ilə söhbət zamanı kədərlə bildirib ki, qarşılıqlı hörmət və tolerantlıq əsasında diskurs yaratmağa hazır olmayan ayrı-ayrı şəxslər "işləri korlaya bilərlər".


Xəbərə aid fotolar