DİM istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir


Digərləri 29 Avq 2018 23:17:37 272 0

DİM istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir

Dövlət İmtahan Mərkəzi bu il I-IV ixtisas qrupları üzrə yaz qəbul imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir.

Bakı. Dövlət İmtahan Mərkəzi bu il I-IV ixtisas qrupları üzrə yaz qəbul imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir. Trend-ə Mərkəzdən verilən məlumata görə, onlayn sınaq imtahanı vermək istəyənlər rahat şəkildə imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər. Hal-hazırda 2018-ci il 13 və 20 may tarixlərində keçirilmiş imtahanlarda istifadə olunmuş sual kitabçaları (Azərbaycan bölməsi) http://otk.az portalına yerləşdirilmişdir. Abituriyentlər, həmçinin 2015-2017-ci illərdə keçirilmiş qəbul imtahanları, 2018-ci ildə keçirilmiş sınaq imtahanları, 2017-ci ildə 9-cu və 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında istifadə olunmuş test tapşırığı nümunələrindən ibarət onlayn sınaq imtahanlarına yazıla bilərlər.