Unikal müalicəvi məhsul soğan şirəsi Resept


Digərləri 29 Avq 2018 23:02:00 293 0

Unikal müalicəvi məhsul  soğan şirəsi  Resept

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatlar qədim təbabət kitablarında aşkar olunub.

Soğan şirəsi bütün orqanizmə güclü mikrob və virus əleyhinə təsir edir, immun sistemini gücləndirir.

Soğan şirəsi bağırsaqlar üçün əsl təbii antiseptikdir. 

Bu şirə qanda şəkərin səviyyəsini aşağı salır və bununla da şəkərli diabetdən əziyyət çəkənlərə kömək edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, soğan şirəsi damarları təmizləyir, xolesterinin səviyyəsini və təzyiqi aşağı salır ki, bu da ürək və damar xəstəliklərinin riskini azaldır.

Soğan və soğan şirəsi tanınmış xərçəng əleyhinə vasitələrdir.