Kababın gözlənilməz təhlükəsi açıqlandı


Digərləri 29 Avq 2018 22:53:00 254 0

Kababın gözlənilməz təhlükəsi açıqlandı

Oksford Universitetinin alimləri müəyyən ediblər ki, kömürdə hazırlanmış qidanın tez-tez qəbul edilməsi ürək-damar xəstəliklərindən erkən ölüm riskini artırır. 

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı "EurekAlert!" nəşrində məlumat verilib. 

Araşdırmalarda Çindən yaşı 30-79 arası olan 341 730 nəfər iştirak edib. Könüllülər arasında aparılan sorğu zamanı onların yemək hazırlayarkən hansı yanacaqdan istifadə etdiyi öyrənilib. Sonda həftədə azı bir dəfə kömürdə hazırlanmış qidadan istifadə edən və ürək-damar xəstəliyi olmayan şəxslər seçilib.