20 yaşdan əvvəl uşaq doğmağın təhlükəsi


Digərləri 29 Avq 2018 22:40:00 199 0

20 yaşdan əvvəl uşaq doğmağın təhlükəsi

Havayi Universiteti alimləri sübut ediblər ki, çox cavan yaşlarda ana olan qadınların orqanizmində qocalma prosesləri sürətlənir.

Alimlər bunu müxtəlif ölkələrdən olan 1000 qadının həyat şəraiti və sağlamlığını analiz etdikdən sonra aşkar ediblər.   

Son.az saglamolun.az-a istinadən bildirir ki, alimlərin müşahidələrinə görə 20 yaşdan əvvəl ana olan qadınlarda erkən klimaksın riski 43% artıq. Bundan əlavə belə qadınlar müxtəlif səbəblərə görə (qanaxma, uşaqlıq xəstəlikləri və s.) daha tez-tez uşaqlığın xaric edilməsi (histerektomiya) əməliyyatına məruz qalır.

Uşaq vaxtı keçirilmiş güclü stress və psixoloji travmalar da qadınlarda erkən menopauzanın riskini artırır.