Alında əmələ gələn qırışlar insan səhhətində olan hansı problemlərdən xəbər verir?


Digərləri 29 Avq 2018 22:43:00 319 0

Alında əmələ gələn qırışlar insan səhhətində olan hansı problemlərdən xəbər verir?

Fransa mütəxəssisləri müəyyən ediblər ki, alında əmələ gələn qırışlar ürək-damar xəstəlikləri səbəbindən yüksək ölüm riskinin indikatoru rolunu oynaya bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alında qırışların əmələ gəlməsi, çox ehtimal, aterosklerozla bağlıdır. Bu əlamət həkimlərə xəstəliyi vaxtında aşkar etmək və pasiyenti müayinəyə göndərmək imkanı yaradır.

İnsan yaşlandıqca, ürək-damar xəstəliklərinin inkişaf riski artır. Lakin həyat tərzinin dəyişdirilməsi və vaxtında göstərilən tibbi yardım bu təhlükəni azalda bilər. Həkimlərin vəzifəsi mümkün problemləri kifayət qədər tez üzə çıxarmaqdır.

Tədqiqat müəlliflərinin sözlərinə görə, yaşlanmanın müxtəlif məlum əlamətləri və onların orqanizmin vəziyyəti ilə bağlılığı təhlil edilib. Alimlər alının horizontal qırışları üzərində fikirlərini cəmləşdiriblər. Tədqiqat başlanan zaman 32, 42, 52 və 62 yaşlarında 3200 iştirakçı seçilib. Alimlər onların üz ifadələrindən asılı olaraq, alınlarındakı qırışı 0-3 bal arası qiymətləndiriblər.

Alimlər 20 il ərzində könüllüləri müşahidə ediblər. Bu vaxt ərzində 233 nəfər iştirakçı həyatdan köçüb. Məlum olub ki, qırışlar nə qədər dərindirsə, ürək-damar xəstəliklərindən ölüm halı bir o qədər həqiqətə uyğundur.