Duzun normadan artıq olması...


Digərləri 29 Avq 2018 22:22:00 269 0

Duzun normadan artıq olması...

Duzun insan orqanizminə mənfi təsir göstərdiyi məlumdur. Natrium-xlor birləşməsi əksər hallarda mayenin bədəndə qalmasına və arterial təzyiqin yüksəlməsinə səbəb olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kanada alimləri duzdan orta miqdarda istifadənin ürək-damar sistemi üçün faydalı ola biləcəyini iddia edirlər. Mütəxəssislərin fikrincə, duzun gündəlik miqdarı Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi beş qramdan artıq olsa da, onun ziyanı yoxdur.

Elm adamları bu fikrə dünyanın 21 ölkəsindən olan 94 min nəfərdən artıq insan üzərində aparılan tədqiqatın nəticəsində gəliblər.