Azərbaycanda bu məktəbdə 11 məzundan 10u tələbə adını qazandı VİDEO


Digərləri 29 Avq 2018 22:17:00 231 0

Azərbaycanda bu məktəbdə 11 məzundan 10u tələbə adını qazandı  VİDEO

Bərdə rayon Elşən Məmmədov adına Samux kənd orta məktəbi qəbul imtahanlarında ən yüksək nəticə göstərib. Belə ki, bir sinifdə təhsil alan 11 şagirdən 10 nəfər tələbə adını qazanıb.

Son.az bildirir ki, ali məktəblərə qəbul imtahanlarında bu sinfi bitirənlərdən 5-i 600-dən, 2-si 500-dən yuxarı bal toplayıb.

Sinfin ən yüksək nəticə göstərən şagirdi Əmikişi Əhmədov 670 bal toplayaraq Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. Digər məzunlar Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Sənaye Universiteti, Heydər Əliyev adına hərbi akademiya, Xarici Dillər Universiteti və başqa ali məktəblərə qəbul olublar.