55 yaşlı kişi ən yaşlı tələbə oldu Azərbaycanda VİDEO


Digərləri 29 Avq 2018 22:08:00 195 0

55 yaşlı kişi ən yaşlı tələbə oldu  Azərbaycanda  VİDEO

Bu ilki qəbul imtahnlarında tələbə adını qazanan ən yaşlı şəxs Atakişi Ağayevdir.

Son.az bildirir ki, 55 yaşlı Lənkəran sakini qəbul imtahanında 121 bal toplayıb. Bu nəticə ilə o, Bakı İslam Universitetinin Dinşunaslıq fakültəsinə qəbul olunsada burda oxumaq fikri yoxdur. Atakişi Ağayev Lənkəran İslam Kollecində təhsil almaq niyyətindədir. İmtahanda topladığı ballar da burda təhsil almaq üçün kifayət edir.

Çoxları onun bu yaşda ali məktəblərə qəbul üçün imtahan verməsini təəccüblə qarşılasa da, Atakişi Ağayev bunu normal sayır. Savad almağın heç bir zaman gec olmadığını deyir. Elə ailəsi də bu qərarında ona dəstək verib.