Aptekdə və paltar mağazasında fırıldaqçılıq edirlər VİDEO


Kriminal 29 Avq 2018 21:49:00 227 0

Aptekdə və paltar mağazasında fırıldaqçılıq edirlər  VİDEO

Əczaçını aldadaraq həm müalicəvi saç yağını, həm də 95 manat pulunu mənimsəyən xarici ölkə vətəndaşı təhlükəsizlik kamerasına düşdü.

Son.az bildirir ki, hadisə paytaxtın Yasamal rayonu Həsən bəy Zərdabi küçəsində yerləşən aptekdə baş verib. Həmin şəxs əvvəlcə əczaçıya yaxınlaşaraq 100 manat pul verib müalicəvi saç yağı almaq istədiyini bildirib. Əczaçı isə məhsulun pulunu çıxıb, ona 95 manat qalıq qaytarıb.

Sonra isə bu şəxs əczaçıya bu saç yağını almaq istəmədiyini və ona verdiyi 100 manatı geri qaytarmasını istəyir, qalıq pulu isə əczaçıya qaytarır. Bu zaman əczaçının başını qatıb 100 manatı ona qaytarmır. Əvəzində başqa saç yağı almaq istədiyini deyir.

Əczaçı həmin saç yağını gətirərək ona verir və elə zənn edir ki, müştəri tərəfindən verilən 100 manat ondadır. Buna görə də məhsulun pulunu çıxıb ona 95 manat qaytarır. Nəticədə əczaçı həm 95 manat pulundan, həm də dəyəri 5 manat olan müalicəvi saç yağından olur. Videonu göndərən əczaçı iddia edir ki, həmin şəxs təxminən 35-40 yaşlarında olan Pakistan vətəndaşı olub.