Dənizdə meyit aşkarlanıb


Digərləri 29 Avq 2018 21:39:00 267 0

Dənizdə meyit aşkarlanıb

Siyəzəndə dənizdə 54 yaşlı kişi meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 500 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin meyiti aşkar edilib.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1964-cü il təvəllüdlü Ələsgərov Fərəməz Əsgər oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.