Əncir qurudarkən nələrə diqqət etmək lazımdır?


Digərləri 29 Avq 2018 20:53:34 257 0

Əncir qurudarkən nələrə diqqət etmək lazımdır?

Əncir 6000 illik keçmişi olan faydalı və ləzzətli bir meyvədir.

Bakı. Elçin Mehdiyev - Əncir 6000 illik keçmişi olan faydalı və ləzzətli bir meyvədir. Bu faydalı meyvənin yeganə mənfi cəhəti tərkibindəki lifin yüksək miqdarının onun tez xarab olmasına gətirib çıxarmasıdır. Ənciri qurutmaqla onun ömrünü uzatmaq, uzun müddət saxlamaq və qış aylarında yemək mümkündür. Qurudulma qida maddələrini uzun müddət saxlamaq üçün ən yaxşı üsullardan biridir. Bu zaman meyvənin tərkibindəki suyun miqdarı təxminən 3-4 dəfə azalır. Nəticədə bakteriyaların yaşaması üçün münbit sayılan su mühitinin qarşısı alınır. Əncirin qurudulmasının bir neçə üsulu var: təbii yolla açıq havada, ev şəraitində sobada və ya xüsusi qurğularla (dehidrat).