Bu qadının 43 yaşı olduğuna heç kim inanmır


Digərləri 29 Avq 2018 20:10:00 246 0

Bu qadının 43 yaşı olduğuna heç kim inanmır

43 yaşlı tayvanlı modelyer Lur Hsyu görünüşü ilə hər kəsi heyrətə salır.

Son.az bildirir ki, şəkillərə baxanda Lur Hsyunun 40 yaşının keçdiyini ehtimal etmək çətindir. Ona maksimum 20 yaş vermək olar.

Tayvanlı qadın məsum və uşaq sifəti, zərif bədən quruluşu və yaşı ilə hər kəsi heyrətləndirir. O, birinci kurs tələbəsi kimi görünsə də, əslində 43 yaşı var. İxtisasca dizayner olan qadın öz gəncliyini sağlam qidalanması, fiziki aktivlik və özünə qoyduğu müəyyən məhdudiyyətlərlə əlaqələndirir. Həmçinin dərisinə qulluq etmək üçün özünə həmişə vaxt ayırır.

Günəşdən qoruyucu vasitə

Lur çalışır ki, günəşin altında az dayansın. Çünki ultrabənövşəyi şüalar dərini qurudur və qırışların yaranmasına səbəb olur.

Qidalanma və qida əlavələri

Dizayner vegetariandır, qidalanmasında meyvə və tərəvəzlərə daha çox üstünlük verir. Bu zaman o, qidalanma rasionundan şəkəri demək olar ki, çıxarıb, amma səhərlər özünə qəhvə qonaqlığı verir. Bir də Lur C vitamini, həmçinin kollagen kimi qida əlavələri istifadə edir.


Xəbərə aid fotolar