21 yaşlı qızı aldadaraq tanımadığı oğlana ərə verdilər


Dünya 29 Avq 2018 19:04:00 285 0

21 yaşlı qızı aldadaraq tanımadığı oğlana ərə verdilər

Honkonqda 21 yaşlı qızı aldadaraq tanımadığı çinliyə ərə veriblər.

Son.az xəbər verir ki, bu barədə Report xəbər verir.

Toyun təşkilatçıları qızı əmin ediblər ki, o, yalançı toy məclisində gəlin rolunu oynayacaq və bu, toyların təşkili üzrə şirkət tərəfindən hazırlanan treninqdir. Mərasim zamanı o və tanımadığı oğlan nikahın bağlanması haqqında əsl sənədi imzalayıblar.

Ərə verildiyinin həqiqət olduğunu evə qayıdarkən anlayan qadın kömək üçün hüquqşünaslara müraciət edib. Polis dəlil çatışmazlığı səbəbindən ona yardım edə bilməyib və o, bu barədə yerli həmkarlar ittifaqına müraciət edib.


Xəbərə aid fotolar