Tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir (FOTO)


Digərləri 29 Avq 2018 18:03:00 269 0

Tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir (FOTO)

müxtəlif qoşun növlərinin, eləcə də cəbhə bölgəsində yerləşən tank bölmələrinin iştirakı ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Bakı. 2018-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, eləcə də cəbhə bölgəsində yerləşən tank bölmələrinin iştirakı ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, sinif otaqlarında və trenajorlarda nəzəri bilikləri mənimsədikdən, eyni zamanda təhlükəsizlik qaydalarını öyrəndikdən sonra, tank heyətləri taktiki, atəş hazırlığı və döyüş maşınlarının taktiki sahələrdə, tank poliqonlarında və tankodromlarda idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayıblar.