Bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub – Yubileyə görə


Digərləri 29 Avq 2018 18:09:25 265 0

Bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub – Yubileyə görə

Bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub.

Bakı. Elçin Mehdiyev - Bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Trend-ə bildirib ki, spikerlər sentyabrın 20-də Milli Məclisin yaranmasının 100 illik yubileyi ilə əlaqədar parlamentin xüsusi iclasında iştirak etmək üçün dəvət edilib. A.Təvəkküloğlu qeyd edib ki, bundan sonra da bir sıra ölkələrin parlament rəhbərlərinə dəvətnamələr göndəriləcək: “Yəni proses hələ davam edir. Hansı ölkələrin parlament spikerlərinin gəlib-gəlməyəcəyi barədə indidən nəsə demək çətindir”. Parlament rəsmisi vurğulayıb ki, hazırlıq prosesi yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin