“Abaddon”la bağlı yeni xəbər


Digərləri 29 Avq 2018 17:24:00 224 0

“Abaddon”la bağlı yeni xəbər

Bu ilin may ayında çap olunan, cəmi bir neçə saat ərzində satılıb qurtaran və bununla da son illərdə Azərbaycan kitab sektorunda görünməmiş bir rekorda imza atan "Abaddon" kitabı ilə bağlı yeni xəbər var.

Son.az xəbər verir ki, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlunun yeni psixoloji detektiv romanı da böyük əks-səda yaradıb və çap olunandan sonra cəmi bir neçə ay ərzində birinici və ikinci nəşri sürətlə bitən romanın artıq üçüncü nəşri də işıq üzü görüb.

Azərbaycanda rekord - Kitab nəşr olunandan cəmi 3 saat sonra satılıb qurtardı Müəllifin əvvəlki romanlarından ciddi şəkildə fərqlənən "Abaddon" əsəri Azərbaycan ədəbiyyatında intellektual psixoloji detektiv roman janrında ilklərdən biridir. İnsan şəxsiyyəti ilə bağlı dərin mətləbləri işıqlandıran roman oxucusunu sona qədər həyacanda saxlayır və sirli mesajlar ötürür. Maraqlı detektiv süjetə malik olan əsər intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, şəxsiyyətin tənəzzül və təkamülünə aparan amillər, demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı göstərilir. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir.

Sonda mozaikanın bütün daşlarını bir yerə toplayan müəllif maraqlı bir təsvir yaratmaqla əsər boyu oxucunu düşündürən tapmacanın açarını təqdim edir.