Cəlilabadda ənənəvi İslam dəyərlərinin təbliği və radikal cərəyanlarla mübarizə müzakirə olunub (FOTO)


Digərləri 29 Avq 2018 17:00:00 229 0

Cəlilabadda ənənəvi İslam dəyərlərinin təbliği və radikal cərəyanlarla mübarizə müzakirə olunub (FOTO)

Bilik Fondunun dini maarifləndirmə ilə bağlı tədbirləri davam edir.

Bakı. Bilik Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Ənənəvi İslam dəyərlərinin təbliği və radikal dini cərəyanlarla mübarizə” mövzusunda konfrans keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dilarə Əliyeva konfransı açaraq, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı Bilik Fondu və Dövlət Komitəsinin gerçəkləşdirdiyi maarifləndirici layihələri xatırladıb, xüsusən müxtəlif mövzularda mühazirələrin mütəmadi təşkil olunduğuna diqqət çəkib, belə tədbirlərin sistemli şəkildə keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Konfransda “Radikal dini cərəyanlarla mübarizə hüquqi müstəvidə” mövzusunda çıxış edən Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev milli-mənəvi dəyərlərin hər bir xalqın milli kimliyinin müəyyən edilməsində əsas meyarlardan biri olduğunu qeyd edib, islami dəyərlərin milli-mənəvi dəyərlərin tərkib hissəsi kimi dəyərləndirib. O, daha sonra milli-mənəvi dəyərlərin konstitusion-huquqi əsaslarından söz açıb. Bildirib ki, qloballaşma şəraitində bu dəyərlərinin qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. İ.Vəliyev çıxışında “Dini ekstremizimlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun bəzi müddəaları ilə bağlı şərhlər verib.