Ronaldo: “O anı heç vaxt unutmayacağam”


İdman 29 Avq 2018 16:35:00 276 0

Ronaldo: “O anı heç vaxt unutmayacağam”

Juventus-un hücumçusu Kriştianu Ronaldo vurduğu qolun UEFA tərəfindən mövsümün ən yaxşı seçilməsinə münasibət bildirib. 

Goal.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, portuqaliyalı ulduz fərqləndiyi anı unutmayacağını söyləyib:“Mənə səs verən hər kəsə təşəkkürümü bildirirəm. O anı heç vaxt unutmayacağam. Xüsusən də azarkeşlərin reaksiyasını”. 

Qeyd edək ki, UEFA-nın rəsmi saytında keçirilən sorğuda azarkeşlər Ronaldonun ötən il Real-ın heyətində Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə Juventus-un qapısından keçirdiyi topu avrokuboklarda ötən mövsümün ən yaxşı qolu seçiblər.