BƏƏ milli və beynəlxalq səviyyədə qadın hüquq və imkanlarının genişləndirilməsi baxımından bölgədə aparıcı modeldir


Dünya 29 Avq 2018 16:02:00 325 0

BƏƏ milli və beynəlxalq səviyyədə qadın hüquq və imkanlarının genişləndirilməsi baxımından bölgədə aparıcı modeldir

Qadınların hüquq və imkanlarının genişləndirilməsi perspektivlərinə Birləşmiş Ərəb Əmirliklərinin yanaşması dünyada təqlid olunacaq unikal bir modeldir. BƏƏ qadınları inkişaf prosesində olduğu kimi, gələcək nəslin tərbiyəsi prosesində də önəmli rol oynayır və dövlətin gələcək inkişafına rəvac verən planlarında xüsusi pay sahibidirlər. Qadınların hüquq və imkanlarının genişləndirilməsinin bu qabaqcıl modeli mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın bu prosesə yanaşmasına və ölkənin tərəqqisində və gələcək nəslin yetişməsində mühim rol oynayan qadınlara müdrik idarəçiliyin etimad edilməsinə əsaslanır.

BƏƏ konstitusiyası kişi ilə qadının bərabər hüquqa malik olduqlarını bəyan edir. Qadınlar və kişilərin bərabər hüquqlara malik olması, qadınların qazandığı uğurlar, təhsil, savadsızlığın ləğvi və qadınların məşğulluq sektorunda payı və qadınla ehtiramla davranma kimi göstəricilər üzrə BƏƏ regional və beynəlxalq sahələrdə lider mövqeyində qərarlaşıb.

Birləşmiş Ərəb Əmirlikləri qadınların qərar qəbuletmə prosesində iştirakını dəstəkləyir, çünki bu ölkənin iqtisadi gücləndirilməsinin əsas amilidir. Ölkənin Nazirlər Kabineti 2014-cü il 9 dekabr tarixində bütün dövlət qurumları və orqanlarının idarə heyətlərinə qadınların daxil edilməsini zəruri hesab edən bir qərar qəbul edib. BƏƏ-də hökumət müəssisələrində qadınların təmsil edilməsi 15% təşkil edir. Federal Milli Şuranın qadın üzvlərin sayı 9-a çatıb ki, bu da ümumi sayı 40-a çatan bütün üzvlərin 22,5%-ni təşkil edir. 2016-cı ildə yeni formalaşan nazirliklərin əməkdaşlarının isə 27%-ni qadınlar təşkil edir.

Qadınlar məhkəmə orqanlarında da fəaliyyət göstərirlər. Onlar polis sıralarına da daxil olmuş və hərbi korpuslarda çalışmağa başlamışlar. Diplomatiya sahəsində də qadınların rolu danılmazdır. Hazırda Beynəlxalq Əməkdaşlıq Nazirliyinin diplomatik korpusunda çalışan əməkdaşların 30%-ni məhz qadınlar təşkil edir.

Bynəlxalq səviyyədə qadınların hüquq və imkanlarının genişləndirilməsi sahəsində BƏƏ-nin verdiyi töhfələr və əldə etdiyi nailiyyətləri danılmazdır.