“Modern Hospital”da analizin nəticələri səhv çıxıb?


Digərləri 29 Avq 2018 15:46:00 559 0

“Modern Hospital”da analizin nəticələri səhv çıxıb?

Bakı şəhər sakini Nicat Fərəcov "Modern Hospital"da həyat yoldaşı Rahilə Məmmədlidən götürülən analizin nəticəsinin yanlış olduğunu iddia edir.

Son.az xəbər verir ki, o, bu barədə Qafqazinfo-ya müraciət edib. N. Fərəcov qeyd edib ki, yoldaşı həmin klinikanın həkimi Elmira Əhmədovanın pasiyentidir:

"Bu ilin aprel ayında həyat yoldaşım hamilə qalıb. Klinikada analiz verdik. Dedilər ki, qanda laxtalanma var. Bunun üçün bizə kleksan 04 iynəsini həkim 15 gün vurdurmağı yazdı. Yenidən iyun ayında analiz verdik. Qan laxtalanmasının düşmək  əvəzinə daha da artdığını dedilər. Buna görə də hamiləliyin sonuna qədər həkim eyni iynəni vurdurmağı  yenidən yazdı. Biz də bundan şübhələndik. Buna görə də "Sağlam Ailə" klinikasında və "Genlab"da yenidən analiz verdik. Məlum oldu ki, ümumiyyətlə, qan laxtalanması halı yoxdur.  Analizin nəticəsini götürüb həkimin yanına gəldik.  Həkim də adıçəkilən klinikalarda analizin nəticələrinin normal olduğunu vurğuladı. Köhnə analizlərdə  "Modern Hospital" ın laboratoriyasının səhvə yol verdiyini dedi. Laboratoriya isə öz səhvini başa düşmədi. Bundan əlavə, nəticədə progestoron hormonunun aşağı olduğunu bildirdilər. 20 həftə utrogestan dərmanını içirtdilər. Həkimin bununla bağlı  göndərdiyi səslər də bizdə var.


Xəbərə aid fotolar