Rusiya KİV: Vahid Ələkbərov uşaqlıqdan "qızılda çimib"


Digərləri 29 Avq 2018 15:36:00 303 0

Rusiya KİV: Vahid Ələkbərov uşaqlıqdan "qızılda çimib"

Rusiyanın "Ruskaya planeta" nəşri Rusiyanın ən varlı beş insanı və onların keçdiyi yol haqqında material hazırlayıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, siyahıya həmyerlimiz Vahid Ələkbərovun da adı daxil edilib.

O, 16 milyard 400 milyon dollarla dördüncü yerdə qərarlaşıb. 

Bildirilib ki, Ələkbərovu Rusiyanın əsas neft maqnatı adlandırırlar.

"Yazda Bakı əsillli "Lukoyl" şirkətinin sahibi "Qazprom" və "Rosneft" kimi nəhəngləri nəzərəçarpacaq dərəcədə qabaqladı", - nəşr bildirib. 

Müəllifin sözlərinə görə, sentyabrın 1-də 68 yaşını qeyd edəcək Vahid Yusifoviç uşaq yaşlarından "qızılda çimib".