Daha çox bu rayonlarda nikahdankənar doğuşlar olur


Digərləri 29 Avq 2018 15:27:00 226 0

Daha çox bu rayonlarda nikahdankənar doğuşlar olur

Azərbaycanda 1990, 1995, 2000-2017-ci illərdə şəhər və kənd yerləri üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb.

Son.az modern.az-a istinadən son rəsmi göstəricilərə istinadən hazırladığı materialı oxuculara təqdim edir. Rəsmi statistikaya görə, 1990-cı ildə cəmi 182 989 uşaq dünyaya gəlib. Onlardan rəsmi qeydə alınmış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 178189 nəfər, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 4800 nəfər olub.

Hesabat dövründə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində hər iki valideynin ərizələrinə əsasən, qeydə alınmış uşaqların sayı 1995, tək ananın ərizəsinə əsasən qeydə alınmış uşaqların sayı isə 2805 nəfər təşkil edib.

1995-ci ildə Azərbaycanda ümumilikdə 143 315 uşaq doğulub ki, onlardan 134940 nəfəri rəsmi qeydə alınmış nikahda olan qadınlar tərəfindən doğulanlar, 8375 nəfəri isə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulanlardır. Həmin ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində hər iki valideynin ərizələrinə əsasən qeydə alınmış uşaqların sayı 4 570 nəfər, tək ananın ərizəsinə əsasən qeydə alınmış uşaqların sayı isə 3 805 nəfər olub.

2000-ci ildə ölkədə 116 994 uşaq dünyaya gəlib ki, onların da 110 712 nəfəri rəsmi qeydə alınmış nikahda olan qadınlar tərəfindən, 6 282 nəfəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulub. Hesabat dövründə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində hər iki valideynin ərizələrinə əsasən qeydə alınmış uşaqların sayı 2 179 nəfər, tək ananın ərizəsinə əsasən qeydə alınmış uşaqların sayı isə 4 103 nəfər təşkil edib.

2005-ci ildə  141 901 körpə doğulub. Onlardan 115 851 nəfəri rəsmi, 26 050 nəfəri qeyri-rəsmi nikahdan doğulanlardır.

Azərbaycanda 2010-cu ildə 165643 yenidoğulan rəsmiləşdirilib ki, onlardan 140 258 uşaq rəsmi, 25 385 uşaq isə qeyri-rəsmi nikahlardan doğulanlardır.

Ən yüksək göstərici isə 2011-ci ildə qeydə alınıb. Həmin ildə 176 072 körpə dünyaya gəlib. Onlardan 145 089-u rəsmi, 30 983-ü qeyri-rəsmi nikahdan olanlar təşkil edib.

2015-ci ildə rəqəmlər 166 210-a düşüb. Həmin uşaqlardan da 142 172 nəfəri rəsmi,  24 038 nəfəri isə qeyri-rəsmi nikahda olan qadınlar tərəfindən dünyaya gəlib.

2016-cı ildə 159 464 körpənin doğumu rəsmiləşdirilib ki, onların da133 176-sı rəsmi,  26 288-i qeyri-rəsmi nikahların payına düşüb.

2017-ci ildə 144 041 uşaq doğulub. Hesabat dövründə 121 245 uşaq rəsmi, 22 796 uşaq qeyri-rəsmi nikahdan doğulanlardır. Eyni zamanda, 16 471 uşaq Ədliyyə Nazirlıiyinin Qeydiyyat şöbələrində hər iki valideynin ərizələrinə əsasən, 6325 uşaq isə tək ananın ərizəsinə əsasən qeydiyyata götürülb.