“Kristal Abşeron”nun Sumqayıtdakı kompleksi yaşayışa tam hazırdır


Digərləri 29 Avq 2018 15:09:09 245 0

“Kristal Abşeron”nun Sumqayıtdakı kompleksi yaşayışa tam hazırdır

Tam təmirli, yaşayışa hazır dəniz mənzərəli mənzillər

Bakı. Tam təmirli, yaşayışa hazır dəniz mənzərəli mənzillər Mənzil sahibi olmaq artıq xəyaldan reallığa çevrilib. Belə ki, “Kristal Abşeron” müştərilərə indi daha sərfəli şərtlərlə tam təmirli mənzilləri təqdim edir. Müştərilərin xüsusi məmnunluğunu təmin edəcək bir nüans da binanın dəniz mənzərəli olmasıdır. Bu gün al, bu gün köç Sumqayıt şəhəri, 6-cı mikrorayon, Novxanı yolunun kənarında yerləşən kompleks yaşayışa tam hazırdır. Bütün mənzillərdə təmir işləri başa çatıb və tam təmirli şəkildə sakinlərin ixtiyarına verilməyə hazırdır. Məktəb, park və supermarketlərə yaxındır Layihənin magistral yola yaxın olması da sakinlərin gündəlik həyatında rahatlıq yaradır. Binanın ətrafında uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi, məktəb, uşaq poliklinikası, özəl xəstəxana, idman kompleksi və 2 ədəd parkın yerləşməsi, yaşayış üçün olduqca əlverişlidir. Müştərilərin əsas diqqət yetirdiyi məsələlərdən biri də mənzillərin kefiyyətidir. “Kristal Abşeron” hər bir layihədə olduğu kimi burada da kefiyyətə xüsusi önəm verib. Binalar bünövrədən ən son təmir elementinə kimi beynəlxalq tikinti standartlarına uyğundur. İstifadə edilən tikinti materialları Avropa ölkələri - Türkiyə, Belarusiya, Ukrayna, İtaliya, İspaniya, o cümlədən İndoneziyadan gətirilən brend məhsullardır. Binalar 9 bal zəlzəyə davamlıdır. Daş yunu materialından olan ikiqat fasad izolyasiyası isə onu yanğın və digər təhlükələrə qarşı daha da davamlı edir. Eyni zamanda bu izolyasiya sistemi mənzildə 70 faizədək enerjiyə qənaət etməyə imkan verir, nəmlənməyə qarşı qoruyur.