Meydanın mərkəzindən öz qapısına qol vurdu - video


İdman 29 Avq 2018 14:32:00 284 0

Meydanın mərkəzindən öz qapısına qol vurdu - video

İngiltərənin "Huddersfield Taun" klubunun futbolçusu Juninyo Bakuno "Stock City" ilə Liqa Kuboku matçında qeyri-adi avtoqola imza atıb. 

Goal.az-ın məlumatına görə, hollandiyalı yarımmüdafiəçi meydanın mərkəzindən topu öz qapısına göndərib. Həmin epizodadək "Stock City" 1:0 hesabı ilə öndə olub. Mərkəz dairəsi yaxınlığında olan Bakuno rəqibin hava ilə ötürməsinin qarşısını kəsmək istəyib. Lakin onun zərbəsi birbaşa öz qapısına uçub. 

Qeyd edək ki, görüş "Stock City"nin qələbəsi ilə yekunlaşıb.