Rusiyadan Bakıya pul gətirən azərbaycanlılar ələ keçdilər


Kriminal 29 Avq 2018 14:19:00 259 0

Rusiyadan Bakıya pul gətirən azərbaycanlılar ələ keçdilər

Azərbaycan vətəndaşları qanunsuz olaraq nağd pul vəsaitini təyyarəyə keçirməyə çalışıblar. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Krasnoyarsk Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.  

Krasnoyarskdan Bakıya uçmalı olan təyyarənin iki sərnişini üzərindəki pullarla bağlı hesabat verməyib. Saxlanılan qadında bəyannamədə göstərilməyən 88 min rubl (1300 dollar), kişinin üzərindən isə 73 750 rubl (1097 dollar) həcmində vəsait aşkar edilib.