Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir FOTO


Siyasət 29 Avq 2018 14:10:00 245 0

Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir  FOTO

Azərbaycan - Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokolunun müddəalarına əsasən, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının İnspeksiya və Qiymətləndirmə Baş İdarəsinin rəisi briqada generalı Faruk Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-mayor Zakir Ağayevlə görüşüb.

Tərəflər əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıb, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.


Xəbərə aid fotolar