Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tullantıların daşınması üzrə satın alınma elan edir


Digərləri 29 Avq 2018 13:56:23 222 0

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tullantıların daşınması üzrə satın alınma elan edir

QSC xidmətlərin açıq müsabiqə üsulu ilə satın alınmasını elan edir.

Bakı. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ərazisində ümumi (məişət, istismar, təhlükəli tullantılar) tullantıların daşınması və zərərsizləşdirilməsinə dair xidmətlərin açıq müsabiqə üsulu ilə satın alınmasını elan edir. QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 04 sentyabr 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 07 sentyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 09 sentyabr 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.