Azərbaycan-İran avtomobilləri Moskvada beynəlxalq sərgidə nümayiş etdiriləcək (ÖZƏL)


Digərləri 29 Avq 2018 13:46:00 190 0

Azərbaycan-İran avtomobilləri Moskvada beynəlxalq sərgidə nümayiş etdiriləcək (ÖZƏL)

Azərbaycan-İran avtomobilləri Moskvada beynəlxalq sərgidə nümayiş etdiriləcək.

Bakı. Mətanət Nəsibova - "Xəzər" Azərbaycan-İran birgə zavodunun avtomobilləri avqustun 31-dən sentyabrın 9-dək "Moskva Beynəlxalq Avtomobil salonu" sərgisində təqdim olunacaq. Bu barədə Trend-ə zavodun sahiblərindən biri olan “AzərMaş” şirkətindən bildiriblər. Qeyd olunub ki, sərgi Ümumdünya Avtomobil İstehsalçıları Assosiasiyasının (OICA) dəstəyi ilə keçiriləcək. Sərgidə şirkət Neftçala sənaye məhəlləsində yerləşən zavodda buraxılan "Khazar LD" və "Khazar SD" modellərini nümayiş etdirəcək.