"Ora gestapo kimi bir yer idi"


Digərləri 29 Avq 2018 13:39:27 229 0

"Ora gestapo kimi bir yer idi"

Tanınmış jurnalist Səbuhi Məmmədli bu ilin mart ayında yanan Respublika Narkoloji Mərkəzində müalicə aldığı bir günün dəhşətli təəssüratlarını sosial şəbəkədə paylaşıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o qeyd edib ki, mərkəz, sözün həqiqi mənasında, gestapo kimi yer olub: ""QULAQ" dakı həbs düşərgələri belə oradan daha sivil görünürdü. Bu mərkəzin qapısı daim bağlı olurdu. 50-60 adam içəridə var-gəl etməklə məşğul idik. 

İçəri natəmiz, hər yer siqaret kötükləri və qanlı şprislərlə dolu bir cəhənnəm vadisi idi. 

Müxtəlif kateqoriyalı narkoman və alkoqoliklər, hepatitdən tutmuş Allah bilir ebolayacan 100 cürə xəstəliyin daşıyıcısı ağız-ağıza bir yerdə idi. Xüsusi rejim idi. Adi bir intizamsızlıq çarpayıya bağlanıb vəhşçicəsinə döyülməklə nəticələnirdi.