"Dedilər beyninə hava getməyib" Doğulduqdan 1 saat sonra ölən körpənin nənəsi DANIŞDI VİDEO FOTO


Digərləri 29 Avq 2018 12:53:00 417 0

"Dedilər beyninə hava getməyib"  Doğulduqdan 1 saat sonra ölən körpənin nənəsi DANIŞDI  VİDEO  FOTO

Ağsu Rayon Mərkəzi Xəstəxanasında uşaq ölümü baş verib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, rayon sakini 27 yaşlı Çinarə Nəbiyevanın övladı təbii doğuşla dünyaya gəldikdən sonra ağır anlar yaşanılıb. Uşaq doğulduqdan 40-50 dəqiqə sonra dünyasını dəyişib Qadının həyat yoldaşı bildirib ki, Çinarə Nəbiyeva müayinə üçün bir neçə gün müntəzəm olaraq xəstəxanaya aparılıb. Həkimlər uşağın ana bətnində normal olduğunu deyiblər. Şamama Mahmudova - Uşağın nənəsi: "Uşaq doğulandan 40-50 dəqiqə sonra öldü. Mən təkidlə dedim ki, gedim uşağa baxım. Gördüm burnuna nəsə qoşublar. Amma uşağın rəngi çox da qaralmamışdı. Dedilər beyninə hava getməyib. Ürək döyüntüsünün olduğunu da dedilər. Üstündən 10-15 dəqiqə keçdi, dedilər ki, uşaq ölüb. Başım çıxmır, niyə belə oldu". Faktla bağlı rayon prokurorluğuna müraciət edilib.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar