"Həmişə Zirə-nin azarkeşlərindən biri olacağam”


İdman 29 Avq 2018 12:10:00 247 0

"Həmişə Zirə-nin azarkeşlərindən biri olacağam”

Zirə-nin baş məşqçisi Ayxan Abbasov bu gün tutduğu postdan gedib. Goal.az xəbər verir ki, gənc mütxəsis Report-a açıqlamasında qərarını belə şərh edib:

“Zirə-nin uğurunu hamıdan çox istəyənlərdənəm. Bu səbəbdən, istefamı hər kəsin normal qarşılayacağını düşünürəm. Bu klubda həm əvəzedici heyətin baş məşqçisi, həm də əsas komandada köməkçi-məşqçi kimi də işləmişəm və inkişaf üçün bacardığımdan artığını etməyə çalışmışam. 7 yaşlı mütəxəssis bildirib ki, “qartallar”ın ötən mövsüm qış fasiləsindən sonra uğursuz çıxışı və avrokubokdan kənarda qalması onun üçün gözlənilməz olub:

“Düzdür, mövsümün sonlarına doğru ardıcıl 3 qələbədən sonra Avropa Liqasına düşmək şansımız vardı. Amma taleyimiz öz əlimizdə deyildi. Keşlə-nin Azərbaycan Kubokunun finalında Qəbələ-ni məğlub etməsi ilə biz qitə miqyaslı yarışdan kənarda qaldıq. Ardıcıl ikinci mövsüm Avroliqada iştirakı, klubumuzun inkişafını çox istəyirdik. Çünki yeni klubuq və bu turnirdə iştirak bizim üçün sevindirici idi”.

Abbasov deyib ki, komandanın Azərbaycan Premyer Liqasında yeni mövsümə uğursuz başlaması onu istefa verməyə sövq edib: “Çempionata pis başlayandan sonra hiss etdim ki, getmək vaxtıdır. Rəhbərliklə görüşdüm. Komandaya yeni nəfəs gəlsə, uğurların olacağına inanıram. Çünki klubun çox yaxşı İdarə Heyəti və futbolçuları var. Kluba uğurlar arzulayıram. Həmişə Zirə-nin azarkeşlərindən biri olacağam”.

Ayxan Abbasov 2016-cı il dekabrın 27-dən Zirə-nin baş məşqçisi idi. Onun rəhbərliyi altında qəsəbə təmsilçisison iki mövsümdə 4-cü yeri tutub. Cari çempionatda isə bu komanda 2 oyun keçirib və 1 xal qazana bilib.