Tam təmirli, yaşayışa hazır dəniz mənzərəli mənzillər


Digərləri 29 Avq 2018 12:00:00 228 0

Tam təmirli, yaşayışa hazır dəniz mənzərəli mənzillər

Mənzil sahibi olmaq artıq xəyaldan reallığa çevrilib. Belə ki, "Kristal Abşeron" müştərilərə indi daha sərfəli şərtlərlə tam təmirli mənzilləri təqdim edir. Müştərilərin xüsusi məmnunluğunu təmin edəcək bir nüans da binanın dəniz mənzərəli olmasıdır. 

Bu gün al, bu gün köç

Sumqayıt şəhəri, 6-cı mikrorayon, Novxanı yolunun kənarında yerləşən kompleks yaşayışa tam hazırdır. Bütün mənzillərdə təmir işləri başa çatıb və tam təmirli şəkildə sakinlərin ixtiyarına verilməyə hazırdır.

Məktəb, park və supermarketlərə yaxındır

Layihənin magistral yola yaxın olması da sakinlərin gündəlik həyatında rahatlıq yaradır. Binanın ətrafında uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi, məktəb, uşaq poliklinikası, özəl xəstəxana, idman kompleksi və 2 ədəd parkın yerləşməsi, yaşayış üçün olduqca əlverişlidir.

Müştərilərin əsas diqqət yetirdiyi məsələlərdən biri də  mənzillərin kefiyyətidir. "Kristal Abşeron" hər bir layihədə olduğu kimi burada da kefiyyətə xüsusi önəm verib. Binalar bünövrədən ən son təmir elementinə kimi beynəlxalq tikinti standartlarına uyğundur. İstifadə edilən tikinti materialları Avropa ölkələri - Türkiyə, Belarusiya, Ukrayna, İtaliya, İspaniya, o cümlədən İndoneziyadan gətirilən brend məhsullardır.