Topaz Premyer Liqasında mövsümün ilk məşqçi istefası


İdman 29 Avq 2018 11:13:00 262 0

Topaz Premyer Liqasında mövsümün ilk məşqçi istefası

Azərbaycan Premyer Liqasının yeni mövsümdə ilk baş məşqçi istefası reallaşıb. Goal.az xəbər verir ki, Ayxan Abbasov öz istəyi ilə Zirə-dən ayrılıb. Klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib. Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib. Zirə-yə Avropa Liqasına vəsiqə qazandıran və bu yarışda mərhələ adlamasına nail olan Abbasova klubun inikşafındakı xidmətləri qarşılığında minnətdarlıq edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Ayxan Abbasov 2016-cı il dekabrın 27-dən Zirə-nin “sükanı arxasında” idi. Onun rəhbərliyi altında "qartallar" son iki mövsümdə 4-cü yeri tutub. Cari çempionatda 2 oyun keçirən Zirə bu qarşılaşmalardan 1 xal qazanıb.