"Manaf Ağayev kişilikdən danışmasın" yazdı,


Şou-biznes 29 Avq 2018 10:31:57 333 0

"Manaf Ağayev kişilikdən danışmasın" yazdı,

"Elə sizin ajığınıza növbəti qalmaqalımız gəlir inşallah tezliklə! Manaf Ağayev qardaşdı, dostumuzdu. Reytinq partlartdı, dağıtdı, bomba oldu, super oldu. Kişinin kişi ilə söhbəti düşər də! Təhqir yazanlar kişi işinə qarışmasın. Oxucularımız var olsun! Bəli, biz yazarıq, yazımız reytinqləri üstələdi! Məni diz çökdürmək hər oğulun işi deyil. Məni tanıyan tanıyır, yəni yaxşılar.

Mənim çıxışımda böyük ajiotaj yaratdı. Bu cür də olmalı idi, çünki mənim Qarabağlı dəyərli dostlarım var. Mən bu anlaşılmamazlığa görə Qarabağın qeyrətli oğullarına üzrlər dilədim. Bütöv Azərbaycanımıza və onun ayrılmaz hissəsi Qarabağımıza eşq olsun! Küçədə gedəndə yaxınlaşan dostlarım xatirinə yazın, pozun. Amma kişi kimi. Ana-bacı, var-yox qədri bilən dostlarım Allah qorusun sizləri".

Bu sözləri avqustun 22-də Facebook profilində müğənni Manaf Ağayevi təşqir edən, özünü jurnalist adlandıran Mirismayıl Xələfli yazıb.

Xatırladaq ki, M.Xələfli həmin qalmaqallı statusunda yazmışdı: "Bu Manafa deyin az kişilikdən danışsın. Doğulduğu Füzuli rayonu işğal altındadır. Manaf Ağayev və bəziləri gəlib Bakıda kişi olublar, kişilikdən danışırlar. Saçına qara qoyub Mətanət Əsədovanın qeyrətini çəkincə, get mahnını oxu, pulunu qazan. Sənin torpağını işğal edən hansısa bir erməni dığasını Moskvada ya hardasa söhbətə çağırmısan? Nə xod gedirsən? Səni Manaf edən söhbətə çağırmaq istədiyin Azərbaycan kişiləridir, ağıllı ol, quş buraxma!!!"


Xəbərə aid fotolar