Baş Prokurorluq: "Dövlət başçısının qanunsuz tikililərlə bağlı göstərişlərinə uyğun olaraq birgə tədbirlər həyata keçirilir"


Digərləri 29 Avq 2018 09:58:00 242 0

Baş Prokurorluq: "Dövlət başçısının qanunsuz tikililərlə bağlı göstərişlərinə uyğun olaraq birgə tədbirlər həyata keçirilir"

Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının saxtalaşdırılması faktı ilə bağlı cinayət işi başlanıb

.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Trend-ə daxil olan birgə məlumatda deyilir.

Qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar çərçivəsində tikinti, şəhərsalma və memarlıq sahələrində qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi məqsədi ilə görülən işlər prioritet məsələlər sırasında olmaqla, inşaat sektorunun inkişafı üçün münbit və əlverişli şərait yaradılıb.

Eyni zamanda, dövlət başçısının qanunsuz tikililərə şərait yaradan halların araşdırılaraq təqsirkar şəxslərin ciddi cəzalandırılması ilə bağlı göstərişlərinə uyğun olaraq bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat araşdırılarkən vətəndaş Elsevər Rufullayevin torpaq sahəsinin ayrılması və tikinti işlərinin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müvafiq qaydada müraciət etmədən Bakı Şəhər İcra Hakimiyyətinin saxtalaşdırılmış sərəncamı əsasında paytaxtın Xətai rayonu ərazisində 2018-ci ilin əvvəllərində özbaşına qeyri-yaşayış obyektinin tikintisinin aparmasına əsaslı şübhələr müəyyən edilib.