"TurkStream"in dəniz hissəsini inşa edən "Pioneering Spirit" gəmisi rekorda imza atıb


Dünya 29 Avq 2018 08:07:00 286 0

"TurkStream"in dəniz hissəsini inşa edən "Pioneering Spirit" gəmisi rekorda imza atıb

"Türk axını" qaz boru kəmərinin ("TurkStream") dəniz hissəsinin inşasını həyata keçirən "Pioneering Spirit" gəmisi rekorda imza atıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Gazprom" şirkəti məlumat yayıb. Bildirilir ki, "TurkStream"in dəniz borularını düzən "Pioneering Spirit" gəmisi avqustun 26-da bir gündə 6,27 kilometr boru inşa edərək rekorda imza atıb.

Qeyd edək ki, Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq "TurkStream"in əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. "TurkStream"in ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək. Boru kəmərinin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. Türkiyə "TurkStream"in dəniz hissəsini tikən şirkətdən vergi almayacaq.

Türkiyədəki təbii qaz qəbulu terminal İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. Buraya gələn qaz Türkiyənin "Botaş" şirkəti tərəfindən inşa ediləcək xətt ilə Lüleburqazdan beynəlxalq qaz şəbəkəsinə veriləcək.