Tərtərin 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır


Digərləri 29 Avq 2018 07:57:00 338 0

Tərtərin 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır

Tərtər rayonunun 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır.

"Azərsu" ASC-dən Son.az-a verilən məlumata görə, Tərtər rayonunda icra olunan layihə 5 minədək sakinin yaşadığı Mamırlı, Poladlı, Təzəkənd və Evoğlu kəndlərini əhatə edir.

Cəbhə bölgəsinə yaxın ərazidə yerləşən bu kəndlərin sakinləri uzun illər içməli su qıtlığından əziyyət çəkib. Sakinlər içməli suya olan tələbatlarını əsasən daşıma yolu ilə, eləcə də quyu sularından istifadə etməklə ödəyirdilər. Bütün bunlar nəzərə alınaraq "Azərsu" ASC tərəfindən bu kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihə hazırlanıb və cari ilin iyun ayından tikinti-quraşdırma işlərinə başlanılıb.