Azərbaycanİran avtomobil zavodu istehsalı 3 dəfədən çox artırmağı planlaşdırır


Digərləri 29 Avq 2018 07:43:00 317 0

Azərbaycanİran avtomobil zavodu istehsalı 3 dəfədən çox artırmağı planlaşdırır

2018-ci ilin sonunadək "Xəzər" Azərbaycan-İran avtomobil zavodunda 1,5 min avtomobil istehsalı planlaşdırılır.

Son.az bildirir ki, bu barədə Trend-ə zavodun sahiblərindən biri olan "AzərMaş" şirkətindən bildiriblər.

Qeyd olunub ki, yaxın 2-3 ildə müəssisədə istehsal həcminin 3 dəfədən çox artırılması nəzərdə tutulur:

"Artıq 2019-cu ildə avtomobil istehsalını ildə 3 min, 2020-2021-ci illərdə isə 5 min ədədə çatdırmaq planlaşdırılır".