"Nəzarətsiz miqrasiya Avropa İttifaqı üçün təhlükə törədir"


Dünya 29 Avq 2018 07:07:00 207 0

"Nəzarətsiz miqrasiya Avropa İttifaqı üçün təhlükə törədir"

Çexiyanın xarici işlər naziri Yan Qamaçek hesab edir ki, nəzarətsiz miqrasiya Avropa İttifaqı, o cümlədən onun ölkəsi üçün təhlükə törədir. Son.az AZƏRTAC-a istinadən bildirir ki, xarici siyasət idarəsinin rəhbəri bu fikri Praqada səfirlərlə keçirilən görüşdə səsləndirib.

Qamaçek əlavə edib ki, Avropa İttifaqına üzv dövlətlərin xarici siyasəti miqrasiya dalğasının səbəblərinin aradan qaldırılmasına - silahlı münaqişələrin qarşısının alınmasına, iqlim dəyişikliklərinin təsirinin azaldılmasına və Aİ-ni əhatə edən ölkələrin əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir. Nazir bildirib ki, bu məqsədlərə nail olmaq üçün sərhədlərin mühafizəsi gücləndirilməli və ünvanlı yardımlar göstərilməlidir.