Evsizlər üçün pulsuz ev Böyük Britaniyada


Digərləri 29 Avq 2018 06:30:00 260 0

Evsizlər üçün pulsuz ev  Böyük Britaniyada

Böyük Britaniyada evsizlər üçün rahat evlərin layihəsi hazırlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "iKozie" adlanan qeyri-adi evlər ölkənin "Evsizər Fondu"nun sifarişi ilə layihələndirilib. Bu yaşayış sahəsi evsiz insanlara pulsuz verilir. Yeganə şərt müqavilə bağlamaq və kommunal xərcləri vaxtlı-vaxtında ödəməkdir.

Sahəsi cəmi 17 kvadratmetr olan mobil evi istənilən yerdə quraşdırmaq da mümkündür. Layihə müəllifləri mobil evdə yataq, qonaq və vanna otaqlarını, eləcə də mətbəxi yerləşdirə bilib.