Binəli Yıldırım: "Türkiyə və Azərbaycan iki qardaş dövlətdir"


Siyasət 29 Avq 2018 03:51:11 215 0

Binəli Yıldırım: "Türkiyə və Azərbaycan iki qardaş dövlətdir"

TBMM sədri: "Bu səfər münasibətlərimizin gələcək inkişafına təkan verəcək"

"Azərbaycan və Türkiyə regional və beynəlxalq arenada birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrdir".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Binəli Yıldırım qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. "Biz regional məsələlərin həllində və beynəlxalq aləmdə birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrik. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafına təkan verəcək. Azərbaycan kimi gözəl ölkəyə gəlişimdən məmnunluq hissi keçirir, bütün Azərbaycan xalqını ürəkdən salamlayıram", - deyə Türkiyə Böyük Millət Məclisinin sədri bildirib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti dünən Azərbaycana səfərə gəlib. Binəli Yıldırım səfər çərçivəsində dövlət rəsmiləri ilə görüşəcək, iki ölkə arasında olan mövcud münasibətləri müzakirə edəcək.

Bu, onun parlament rəhbəri kimi Azərbaycana ilk səfəridir.