Uşaqlıq boynu xərçənginin qarşısını alan üsul mövcuddur


Digərləri 28 Avq 2018 23:25:00 299 0

Uşaqlıq boynu xərçənginin qarşısını alan üsul mövcuddur

Uşaqlıq boynu xərçəngi qadınlar arasında 4-cü ən tez-tez rast gəlinən xərçəng növü sayılır.

Hər il dünyada bu xərçəngdən yüz minlərlə qadın həyatını itirir. Lakin xoşbəxtlikdən digər xərçəng növlərindən fərqli olaraq uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün etibarlı üsul mövcuddur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu haqda tanınmış rusiyalı onkoloq, Oksford Universiteti professoru David Zaridze zdr.ru-ya danışıb.   

Alimin fikrinə görə, bu üsuldan kütləvi şəkildə istifadə gələcəkdə uşaqlıq boynu xərçəngini tam aradan qaldırmağa imkan verəcək.

Bu Almaniya professoru Harald zur Hauzenin icadından sonra mümkün olub. Alim sübut edib ki, uşaqlıq boynu xərçənginin səbəbi İnsan Papilloması virusudur (İPV). Bu icada görə alim Nobel mükafatına layiq görülüb.

Bütün dünyada çox yayılmış olan İnsan papilloması virusu cinsi əlaqə zamanı bir insandan digərinə keçir. Uzun müddət ərzində orqanizmdə mövcud olan virus bir çox hallarda uşaqlıq boynu və bəzi məlumatlara görə digər cinsiyyət sistemi xərçənginin (həm kişi, həm də qadınlarda) inkişafına səbəb olur.