Xətaidə inzibati bina yanıb


Digərləri 28 Avq 2018 23:28:00 253 0

Xətaidə inzibati bina yanıb

Bakı şəhərinin Xətai rayonunda inzibati bina yanıb .

Son.az Trend-ə istinadən bildirir ki, ümumi sahəsi 250 m² olan inzibati binanın yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Yanğın zamanı binanın divarı yaxınlıqda yerləşən ümumi sahəsi 40 m² olan birmərtəbəli 3 otaqlı evin damının üzərinə düşüb və nəticədə evin 1 otağının damı və tavanı zədələnib.

Yaxınlıqdakı evlər və tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.