Sosial vəziyyət beyin aktivliyinə təsir edir


Digərləri 28 Avq 2018 23:15:00 228 0

Sosial vəziyyət beyin aktivliyinə təsir edir

Bizim beynimiz, bizi əhatə edən insanların sosial vəziyyətlərindən asılı olaraq onlara qarşı müxtəlif reaksiya verir.

Belə bir nəticəyə elmi jurnal olan "Current Biology"da çap edilmiş məqalənin müəllifləri gəliblər. Həmin jurnalda dərc olunan məqalədə təstiq edirlər ki, özünü yüksək sosial vəziyyətə malik olan hesab edən şəxs, onunla eyni vəziyyətdə olan insanlarla ünsiyyətdə olanda, beyin akivliyi fəaliyyətini daha yüksək dərəcədə nümayiş etdirir. Təhqiqatçılar qeyd edirlər ki, beyinin bu aktivliyi insanın özünün hansı sosial vəziyyətə malik olmasını qəbul etməsindən aslıdır.