Müsəlmanın başqa müsəlman üzərində olan əsas haqqı


Digərləri 28 Avq 2018 23:20:00 293 0

Müsəlmanın başqa müsəlman üzərində olan əsas haqqı

İmam Sadiq (ə) buyurur: "Müsəlmanın başqa müsəlman qardaşının boynundakı haqqı budur ki, görüşən zaman ona salam versin. Xəstə olan zaman onu ziyarət etsin. O, olmayan zaman onun xeyirxahlığını etsin. Nə zaman asqırsa, onun üçün dua etsin".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman kimsə asqırsa, onun üçün dua edin, baxmayaraq ki, aranızdakı fasilə çox olsa da".

Bəs möminin üzərində olan ən mühüm haqq hansıdır?

İmam Sadiq (ə) buyurur: "Möminin başqa möminin boynunda 7 haqqı vardır. Onların ən vacibi budur ki, insan ancaq haqqı desin, baxmayaraq ki, özünün, ata və anasının əksinə olsa belə. Onlara xatir haqdan yayınmasın".

Mənbələrimizdə bir əlamətdar məqama da toxunulur. Bildirilir ki, tərifləmək yerinə, mömin barədə qəlbində niyyətə diqqət edin.