Tovuzda 37 yaşlı kişi döyülüb


Digərləri 28 Avq 2018 22:59:00 279 0

Tovuzda 37 yaşlı kişi döyülüb

Tovuz rayonunda yerli sakin döyülərək ağır xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, rayon sakini, 1981-ci il təvəllüdlü Əvəz Quliyev Qovlar şəhərində hələ ki, məlum olmayan şəraitdə döyülərək ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən Ə.Quliyevə tibbi yardım göstərilib və o, palataya yerləşdirilib.

Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.