Behiştə getmək çox mühüm deyildir, behişti görmək mühümdür


Digərləri 28 Avq 2018 22:40:00 187 0

Behiştə getmək çox mühüm deyildir, behişti görmək mühümdür

Ayətullahul-üzma Cavadi Amuli əxlaq dərslərinin birində buyurmuşdur: "Behiştə çatmaq üçün iki yolumuz vardır. Bir yolu dərs və bəhs yolu ilədir ki, hövzə və institutlar bu məsuliyyəti daşıyırlar. Biri isə nəfsi islah etmək yoludur ki, oraya gecə namazı, məscid və hüseyniyyə daxil olur.

Əmirəl-möminin (ə) buyurur: "Behiştə getmək çox mühüm deyildir, behişti görmək mühümdür! Sizin səyiniz ancaq onun üçün olmasın ki, behiştə düşəsiniz. Çalışın behişti görün".

İmam (ə) tövsiyə etdiyi bu yolda isə hər iki şey olmalıdır: həm elm və həm də nəfsin islahı.

Biz niyə dərsdən başqa bir yolların da olmasını düşünməyək ki? Çünki behiştə getmək üçün məscid də vardır, hüseyniyyə də vardır. Niyə hövzəni məscid kimi idarə etməyək ki? Niyə bu yolla yaşamayaq ki?

O zaman ki, insan bir kitabı oxuyar, oradakı səhnələri görər, filmləri görər, kiminsə sözünə qulaq asar. Əgər həmin kitab Allah və Peyğəmbər (s) haqqındadırsa, o zaman insan Allaha ibadət edər və Peyğəmbərə (s) itaət edər. Əgər başqa şeylərə aiddirsə, o zaman həmin kitabda adı çəkilən hava və suya və s. ibadət edər.