Damarların erkən qocalmasına işarə edən əlamət tapılıb


Digərləri 28 Avq 2018 22:35:00 283 0

Damarların erkən qocalmasına işarə edən əlamət tapılıb

Alın nahiyəsində qırışların yaş normasından daha artıq dərin olması damarların erkən qocalmasına və bununla da ürək-damar xəstəliyi nəticəsində ölümün riskinin artmasına işarə edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu cari ildə Münxendə (Almaniya) keçirilən Avropa Kardioloji Cəmiyyətinin konqresində təqdim olunan araşdırmada təsdiq olunub.

Alimlərin fikrinə görə, sadəcə insanın üzünə baxıb onun ürək və damarlarının vəziyyətini qiymətləndirmək mümkündür. Məhz alın nahiyəsinə qırışlara fikir verilməlidir, digər qırışlara deyil.

Bu nahiyyədə olan damarlar çox nazikdir. Bu damarlarda xolesterin yığıldıqda dərinin qan, oksigen və qidalı maddələrlə təmin olunması pozulur ki, dəri daha tez qocalır və dərin qırışlarla örtülür.